SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Qəzvin əyalətinin Ümumi və İnqilab Prokurorluğu "Hicab və İffət Qanunu"nun icrasına başlayandan indiyədək 173 qadına qarşı məhkəmə işi qaldırıb.

Bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.

Prokurorluq məcburi hicab qaydalarına riayət etməyən qadınların müəyyən edilməsində ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) əməkdaşlarının xüsusi rol oynadıqlarını bildirib.

İran Cinayət Məcəlləsinə əsasən, ictimai məkanlarda hicabsız gəzən qadınlara 2 ay 10 gün həbs cəzası verilir.

Xatırladaq ki, iyulun 16-dan etibarən İranın bütün şəhərlərində "Əxlaq" polisinin patrul xidməti yenidən öz fəaliyyətinə başlayıb.

BAKU.WS
VİDEO