SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda məcburi hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər güclənib.

BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Aprelin 4-də İsfahan şəhərində məcburi hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilmədiyi bildirilir.

İsfahanda metro dayanacaqlarının girişində, “Hicabsız şəxslərə bilet satılmayacaq”, - məzmunlu xəbərdarlıq bildirişləri yapışdırılıb.

Sosial media fəallarının verdiyi məlumata görə, bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.
Qeyd edək ki, İranda son etirazlar zamanı məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngiməsindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsinə görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

BAKU.WS
VİDEO