SİZİN REKLAM BURADA!
055 213 76 73


İranlı alpinist qız Cənubi Koreyada keçirilən beynəlxalq yarışlarda hicabsız iştirak edib. 

BAKU.WS xəbər verir ki, 33 yaşlı Elnaz Rekabi adlı alpinist Beynəlxalq Dırmanma Federasiyasının Asiya çempionatının bazar günü keçirilən final oyununda hicab geyinməyib.

İdmançı başıaçıq çıxışının təsadüf olduğu ilə bağlı izahat verib. Daha sonra idmançı ölkəni tərk edib. Ancaq onun harada və hansı vəziyyətdə olduğu məlum deyildi. Çünki İran hökuməti ölkə daxilində və xaricindəki fəallara mütəmadi olaraq təzyiq göstərir.

“Azad İran” teleqram kanalının məlumatına görə, beynəlxalq yarışa hicabsız qatıldığı üçün basqı görən güneyli alpinist İranın idman naziri ilə görüşüb.

Bildirilib ki, İran dövlət televiziyasında yayımlanan bu şəkil güneyli alpinist xanım Elnaz Rekabinin İranın idman naziri Səccadi ilə görüşündə çəkilib.

Qeyd edək ki, Elnazın Koreyada keçirilən yarışda hicabsız iştirak etməsi dünyanın diqqətini cəlb etmişdi. Görünür, o, molla rejiminin güclü basqıları nəticəsində sosial media hesabında paylaşım edərək geyimində “səhvən problem” yarandığını açıqlayıb.

BAKU.WS
VİDEO