İkardinin xanımı Vanda Naranın səhhəti ilə bağlı PİS XƏBƏR - Xəstəliyi bilindi

İkardinin xanımı Vanda Naranın səhhəti ilə bağlı PİS XƏBƏR - Xəstəliyi bilindi
Siyasət 160

Argentinalı ulduz Mauro İkardinin həyat yoldaşı Vanda Naradan pis xəbər gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə argentinalı jurnalist Xorxe Lanata məlumat yayıb.

O, Vanda Naranın leykoz xəstəsi olduğunu iddia edib.

Xatırladaq ki, Nara “Martin Fierro” mükafatını aldıqdan bir gün sonra şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəstəxanaya getdikdən sonra müxtəlif analizlər keçirən Vanda Nara evə buraxılsa da, onun 48 saat evdə müşahidə altında saxlanmasına qərar verilib. “Lanata Los Arcos Sanatorium” xəstəxanasında aparılan analizlər nəticəsində Narada hematoloji xəstəliyə işarə edən yüksək ağ qan hüceyrələrinin aşkar edildiyi və damarında iltihab olduğu üzə çıxıb.

Qeyd edək ki, “Qalatasaray”ın Mauro İkardi transferinin açıqlanmasının gecikmə səbəbi kimi Naranın xəstəliyi göstərilir.

Son xəbərlər