SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Robert De Nironun ailəsinə ağır itki üz verib. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun 19 yaşlı nəvəsi Leandro De Niro Rodriguez dünyasını dəyişib. 

 Bu barədə Leandronun anası Drena De Niro məlumat yayıb:

"Mənim gözəl və şirin mələyim. Səni bətnimdə hiss etdiyim andan etibarən ən gözəl duyğularla sevdim. Sevincim oldun. Ürəyimdə və həyatımda hər zaman ən saf və ən təmiz olan sən idin. Sənsiz necə yaşamaq olar bilmirəm, amma yaşayacağam. Ana olarkən mənə hiss etdirdiyin o sevgini yaşatmağa çalışacağam".

79 yaşlı De Nironun 19 yaşlı nəvəsinin ani ölümünün səbəbi isə hələ ki, açıqlanmayıb. 

BAKU.WS