SİZİN REKLAM BURADA!
055 213 76 73


16 yaşadək qız voleybolçular arasında Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Federasiyanın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final matçında "Azərreyl-1" ilə "Şərqi Zəngəzur RVK" qarşılaşıb.

Görüş birincilirən 3:0 (25:17, 25:15, 25:08) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Azərreyl-1" ölkə çempionatının qızıl medallarını qazanıb.

BAKU.WS