SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya şöhrətli aktyor Robert De Niro 79 yaşında yeddinci dəfə ata olub.

BAKU.WS xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib. 

Aktyor övladları haqqında danışarkən 6 yox, 7 övladı olduğunu deyib:

“Yeddinci dəfə ata oldum. Təzəcə uşağım oldu”.

Körpənin anasının kim olduğu barədə məlumat verilmir. Nə sənətçi, nə də onun nümayəndələri bu məlumatı açıqlayıblar. Yalnız Robertin ikinci həyat yoldaşı Qreys Haytauerdən 2018-ci ildə ayrıldığı məlumdur.

BAKU.WS