SİZİN REKLAM BURADA!
055 213 76 73


"John Wick" və "Fringe" kimi ekran işləri ilə tanınan aktyor Lens Reddik vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı aktyor səhər saatlarında yaşadığı evində dünyasını dəyişib.

Mətbuata verilən açıqlamaya görə, aktyorun ölüm səbəbi hələ ki bilinmir.

Lensin səhhətində heç bir problem olmadığından onun vəfat səbəbi açıqlanmayıb. Aktyorun əcəli ilə öldüyü ehtimal edilir. 

Lens Reddik bir neçə gün əvvəl "John Wick 4" filminin qalasına qatılıb. 

Xatırladaq ki, aktyor bu günə qədər bir çox ekran işində rol alıb. Onlar arasında "The Wire", "Lost", "Continental Hotel" kimi filmlər var. 

BAKU.WS
QALEREYA