"Qalatasaray" 24-cü çempionluğuna bir qədər də yaxınlaşdı

Qalatasaray 24-cü çempionluğuna bir qədər də yaxınlaşdı
İdman 72

Futbol üzrə Türkiyə Super Liqasında 36-cı turun oyunlarına yekun vurulub.

BAKU.WS xəbər verir ki, bu turda son çempion "Qalatasaray" klubu səfərdə "Fatih Karagümrük" kollektivi ilə üz-üzə gəlib. Oyunda qonaqlar çətinliklə də olsa 3:2 hesabı ilə qalib gəliblər. Bununla İstanbul nəhəngi aktivindəki xalların sayını 99-a çatdıraraq sona iki tur qalmış çempionluğa bir qədər də yaxınlaşıb.

Liderin ən yaxın izləyicisi "Fənərbağça" doğma meydanda "Kayserispor" komandası ilə üz-üzə gəlib. Matç İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Fənərbağça" 63 xalla ikincidir.

Üçüncü sırada qərarlaşan "Trabzonspor" klubu doğma meydanda "İstanbulspor" 3:0 qalib gəlməklə aktivindəki xalların sayını 61-ə çatdırıb və mövqeyini bir qədər də möhkəmləndirib.

Növbəti turda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək. Mayın 19-da baş tutacaq qarşılaşmada rəqibindən ən azı bir xal götürən "Qalatasaray" 24-cü çempionluğunu bayram edəcək.

Son xəbərlər