SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor Kianu Rivz yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Matrix” filmində Neo obrazı ilə məşhurlaşan aktyor “Ask-Me-Anything”(Məndən istədiyini soruş) adlı layihəyə qatılıb. Rivz illər ərzində film çəkilişlərində başına gələn maraqlı hadisələrdən danışıb.

Bu zaman aktyor “Matrix” filmindəki qırmızı dərmanı aldığını və hələ də saxladığını deyib:

“Əslində oğurlamadım. “John Wick”dəki saat və üzüyü, “47 Ronin”dən bir qılıncı və Vaçovskilərin mənə verdiyi qırmızı dərmanı aldım”, - deyə 58 yaşlı Rivz bildirib.

Xatırladaq ki, “Matrix” filmində Morpheus adlı obraz Neo ilə danışanda ondan qırmızı və göy rəngli dərmanlar arasında seçim etməsini istəyir. Neo isə qırmızı dərmanı seçir və bambaşqa həyat yaşayır.

Ekran işinin rejissorları Lili və Lana Vaçovskilərdir. 1999-cu ildə ekranlara gələn “Matrix”in büdcəsi 63 milyon dollar, gəliri isə 466 milyon 600 min dollar olub.

BAKU.WS