SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Spayk Liyə (Şelton Cekson Spayk Li) ağır itki üz verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun 94 yaşlı musiqiçi atası Bill Li dünyasını dəyişib. 

Bu barədə Spayk sosial şəbəkə hesabında bildirib.

O, "Bill Li 94 yaşında vəfat etdi", - sözlərini yazıb. 

Aktyorun atasının hansı səbəbdən vəfat etdiyi isə hələ ki, açıqlanmayıb.

Bill Li oğlu Spayk Linin çəkildiyi "She's Gotta Have It", "School Daze", "Do The Right Thing" və "Mo Better Blues" kimi ekran işlərinin musiqilərinin müəllifidir.

BAKU.WS