SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfsanəvi Bryus Li və Çak Norrislə birgə məşq edən, onlarla filmlərdə tərəf müqabil olan amerikalı aktyor, döyüş ustası Robert Uol vəfat edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.

Robert Uoll 22 avqust 1939-cu ildə ABŞ-ın San-Xose şəhərində anadan olub. O, Çak Norrisin rəhbərliyi altında tansudo və çunqkukdo üzrə doqquzuncu dan qara kəmər ustasıdır. 1970-ci ildə Uoll ABŞ Peşəkar Karate Çempionatının qalibi olub. Peşəkar Karate Assosiasiyasının Şöhrət Zalına seçilib.

Uoll Bryus Linin baş rolunu oynadığı “Əjdahanın Yolu” (“The Way of the Dragon”) və “Əjdahanın çıxışı” (“Enter the Dragon”) kimi filmlərdə çəkilib. Qeyd edək ki, “Əjdahanın çıxışı” Hollivudun ilk döyüş sənəti filmi sayılır.

Xatırladaq ki, Bryus Li premyeradan altı gün əvvəl vəfat edib.

BAKU.WS
QALEREYA