SİZİN REKLAM BURADA!
055 213 76 73


Trükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, Ş.Mişel Prezident Ərdoğana telefonla zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı regional məsələlər də müzakirə edilib.

R.T.Ərdoğan Avropa üçün böyük strateji dəyəri olan Türkiyənin Aİ-yə tam üzvlüyü istiqamətində konkret bir gündəmlə təmasları bütün səviyələrdə artırmaq lazım olduğunu qeyd edib.

Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması, immiqrasiyanın idarə edilməsi və terrorla mübarizə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayan prezident Ərdoğan Türkiyəyə ədalətli münasibətin və tamhüquqlu üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlər açacağını bildirib.

BAKU.WS