Tanınmış aparıcı: "9 yaşından 15 yaşına kimi əlil arabasında qalmışam"

Tanınmış aparıcı: 9 yaşından 15 yaşına kimi əlil arabasında qalmışam
Video
Şou-biznes 488

Aparıcı Ellada Eyvazova açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o uşaq yaşlarında əlillikdən əziyyət çəkdiyini deyib. Aparıcı bu barədə qonaq olduğu "Günorta efirdəyik" verilişində danışıb. Ellada uşaq vaxtlarında yataq xəstəsi olduğunu və ona anasının baxdığını bildirib:

"Nəzərə alsaq, 9 yaşından 15 yaşına kimi əlil arabasında qalmışam, yataq xəstəsi olmuşam. Mənim ikinci dərəcə əlilliyim var. O səbəbdən həmişə uşaqlar eyvanda qaçanda anam görüb ağlayırdı. Deyirdim ki, pis olma. Bir gün mən də onlarla qaçacağam. Mən ümidimi üzəndə həmişə o gəlib saçlarıma sığal çəkirdi. Bir dəfə onu çox pis formada itələdim. Çünki əllərim yaxşı tutmurdu. O mənim baxımımı edirdi. Dedim bunları eləmə. Onsuz da mən yerimdən tərpənə bilmirəm. Ailədə heçkim inanmırdı ki, bir gün sağala bilərəm. Sadəcə anam mənə inanırdı. Göydə Allah, yerdə isə anamın içindəki inanc mənim də inancımı itirməyə qoymadı".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

372 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər