Yankoviçi transfer etmək istəyənlərin sırasına İtaliya klubu da qoşuldu

Yankoviçi transfer etmək istəyənlərin sırasına İtaliya klubu da qoşuldu
İdman 85

"Qarabağ" klubunun monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviçə maraq göstərən klubların siyahısı genişlənməkdədir.

BAKU.WS-in əldə etdiyi məlumata görə, futbolçunun transferi uğrunda mübarizəyə İtaliya A Seriyasının təmsilçisi "Kalyari" də daxil olub.

İtaliya klubu hazırda heyətində müəyyən dəyişikliklər etməyi planlaşdırır. "Napoli"dən icarə əsasında çıxış edən Mikael Folorunşonun zədələnməsi və mövsümün sonunda komandadan ayrılacağına dair gözləntilər "Kalyari"ni yeni alternativlər axtarmağa vadar edib. Bu baxımdan, Çempionlar Liqasında "Qarabağ"ın heyətində stabil və diqqətçəkən oyun nümayiş etdirən Yankoviç əsas namizədlərdən biri kimi dəyərləndirilir.

Qeyd olunur ki, monteneqrolu futbolçunun İtaliya çempionatı ilə tanış olması "Kalyari" üçün əlavə üstünlük hesab olunur. Yankoviç 2019-2021-ci illərdə A Seriyasında SPAL və "Krotone" klublarının formasını geyinib və bu səbəbdən onun yeni komandaya uyğunlaşmasının çətin olmayacağı düşünülür.

"Kalyari" artıq futbolçunun transfer şərtləri ilə maraqlanıb və əsas plan Yankoviçi yay transfer pəncərəsində heyətə qatmaqdır. Marko Yankoviçin "Qarabağ"la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Bununla yanaşı, Yankoviçə Yunanıstanın "Olimpiakos" və "Aris", Türkiyənin "Sivasspor" klubu, eləcə də adı açıqlanmayan Yaponiya təmsilçisinin də maraq göstərdiyi bildirilir.

Son xəbərlər