Əhalinin NƏZƏRİNƏ - 200 manatlar VERİLDİ

Əhalinin NƏZƏRİNƏ - 200 manatlar VERİLDİ
Sosial 176

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.

Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, maddi yardımın ödənişi Prezident İlham Əliyevin Sərəncamına əsasən baş tutub.

Birdəfəlik maddi yardımları nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) qeyd edilən ailələrin hesablarına köçürüb.

Birdəfəlik maddi yardımlar ümumilikdə 76103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.

Bundan əvvəl isə DSMF:

dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyalarını,

dekabrın 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyalarını,

dekabrın 25-də isə dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlarını ödəyib.

Fond tərəfindən dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.

Son xəbərlər