ABŞ və Çin qüvvələri hərbi toqquşmaya hazırlaşır - VİDEO

07
iyn
2023
16:08
Ağ Ev Çinin hərbi sahədə artan aqressivliyi barədə xəbərdarlıq edib. Bu fikri Ağ Evin spikeri Con Kirbi səsləndirib.
Çin və ABŞ arasında gərginlik iki insidentə görə başlayıb. Ötən həftə Birləşmiş Ştatlar komandanlığı Çin dənizi üzərində Vaşinqtonun casus təyyarəsi yaxınlığında Çin qırıcısının aqressiv manevr etdiyini açıqlayıb.
Çin ordusunun gəmiləri həmçinin şənbə günü həmin bölgədə ABŞ destroyerinə 150 metrdən az yaxınlaşıb.
Rəsmi Pekin ordunun məlum hərəkətlərini təxribatlara cavab xarakteri daşıdığını bəyan edib.
Ətraflı ARB-nin sujetində izləyə bilərsiniz:
Oxşar xəbərlər
Ağ Ev: Rusiya və İran arasında hərbi əməkdaşlığın artması qonşuları üçün təhlükə yaradır
Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır. BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu A...
