Pentaqon F-16-ların Ukraynanın əks-hücumunda istifadə olunmayacağını açıqlayıb

Pentaqon F-16-ların Ukraynanın əks-hücumunda istifadə olunmayacağını açıqlayıb
Siyasət 62

F-16 qırıcıları Ukraynanın əks-hücumunda istifadə edilməyəcək və söhbət Kiyevə uzunmüddətli dəstəkdən gedir.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə diqqətə çatdırıb.

“F-16-lara gəlincə, söhbət Ukraynaya uzunmüddətli dəstəkdən gedir, onlar əks-hücum üçün nəzərdə tutulmayıb”, - o söyləyib.

Rayder qeyd edib ki, F-16-nın Kiyevə təhvil verilməsinin təfərrüatlarını, o cümlədən müddət, pilotların hazırlanacağı bazalar, təhvil verilən təyyarələrin sayı, eləcə də təchizatçı ölkələr məsələlərini ABŞ hələ də müttəfiqləri ilə müzakirə edir.

“F-16-lar Ukrayna üzrə bu həftə keçiriləcək təmas qrupunun iclasında da müzakirə olunacaq”, - Rayder vurğulayıb.

Son xəbərlər