SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Türkiyə sərhədlərindən kənarda yaşayan Türkiyə vətəndaşları üçün prezident seçkilərinin səsvermə prosesi başlayır.

BAKU.WS xəbər verir ki, xaricdə yaşayan təxminən 3 milyon 500 min Türkiyə vətəndaşı üçün gömrük qapılarında və xarici nümayəndəliklərdə səsvermə prosedurları həyata keçirilir.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 9-dək, gömrükdə isə mayın 14-ü saat 17:00-dək davam edəcək. Xaricdəki seçicilər 46 gömrük qapısında səs verə biləcəklər.

Qeyd edək ki, Türkiyədə ümumi olaraq səsvermə mayın 14-də keçiriləcək. Bu seçkidə 5 il fəaliyyət göstərəcək prezident və parlamentin yeni üzvləri müəyyənləşəcək.

BAKU.WS