Xaricdə yaşayan türklər üçün səsvermə bu gün başladı

Xaricdə yaşayan türklər üçün səsvermə bu gün başladı
Siyasət 42

Bu gün Türkiyə sərhədlərindən kənarda yaşayan Türkiyə vətəndaşları üçün prezident seçkilərinin səsvermə prosesi başlayır.

BAKU.WS xəbər verir ki, xaricdə yaşayan təxminən 3 milyon 500 min Türkiyə vətəndaşı üçün gömrük qapılarında və xarici nümayəndəliklərdə səsvermə prosedurları həyata keçirilir.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 9-dək, gömrükdə isə mayın 14-ü saat 17:00-dək davam edəcək. Xaricdəki seçicilər 46 gömrük qapısında səs verə biləcəklər.

Qeyd edək ki, Türkiyədə ümumi olaraq səsvermə mayın 14-də keçiriləcək. Bu seçkidə 5 il fəaliyyət göstərəcək prezident və parlamentin yeni üzvləri müəyyənləşəcək.

Son xəbərlər