SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan Cohanna və Skot Uatkins cütlüyü təxminən 10 il əvvəl evlənib. Cohanna Uatkins çox nadir rast gəlinən allergik xəstəliklə mübarizə aparır. Onun ərinə qarşı allergiyası var.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, xəstəliyin adı "Mast Hüceyrə Sindromu"dur.

Gənc qadının ərinə qarşı allergiyası olduğu üçün eyni mühitdə ola bilməzlər.

İmmunitet sisteminə təsir edən “Mast Hüceyrə Sindromu”nun simptomları xəstədən xəstəyə dəyişir. Mast hüceyrəsində histamin və heparinlə zəngin qranullar var.

Nadir rast gəlinən “Mast Hüceyrə Sindromu”ndan əziyət çəkən Cohanna Uatkinsin ərinə qarşı allergiyası var. Əri ilə eyni mühitə gəldikdə Uatkins öskürür və müxtəlif cüt reaksiyalar verir.

Bu səbəbdən cütlük eyni evdə müxtəlif otaqlarda yaşaya bilmir. Cohanna evin çardağında, havası xüsusi qurğular vasitəsilə filterlənmiş otaqda qalır. Müalicələr və dərmanlar hələlik gənc qadına kömək edə bilmir. Lakin əri Skot onun sağalacağına böyük ümid bəsləyir. Skot arvadının yanında olacağını və Cohanna xəstəlikdən sağalana qədər onu yarı yolda qoymayacağını söyləyib.

BAKU.WS
QALEREYA