SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Nikolas Keyc yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.

BAKU.WS xəbər verir ki, aktyor yeni rol aldığı “Renfield” filmində yanlışlıqla öz qanını içdiyini etiraf edib.

Belə ki, Keycin canlandırdığı Drakula obrazı üçün istifadə etdiyi keramika dişləri həm ağzına böyük olub, həm də ucları kəskin iti imiş.

Bu səbəbdən aktyor filmdə çəkilərkən dəfələrlə dodağını dişləyərək yaralayıb. Nəticədə yanlışlıqla öz qanını içməli olub.

Nikolas bu vəziyyətin onun üçün ağır olduğunu deyib.

BAKU.WS