SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss olunub.

Yeraltı təkanlar nəticəsində bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları yararsız vəziyyətə düşüb.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

***21:15

Əfqanıstanda baş verən gücülü zəlzələ Daşkənd və Özbəkistanın digər bölgələrində də hiss edilib.

BAKU.WS xəbər verir ki, təbii fəlakət zamanı Daşkənddəki bəzi sakinlər və ticarət mərkəzlərinə gələn qonaqlar küçəyə qaçıblar.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Predikativ Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanda olub. Onun maqnitudası 6,6, dərinliyi isə 220 km olub.

Qeyd edilir ki, yeraltı təkanlar Özbəkistandan başqa Qazaxıstanda, Pakistanda, Türkmənistanda, Qırğızıstanda, Hindistanda və Çində də hiss edilib.

***21:07

Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.

BAKU.WS
QALEREYA