SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Ali Seçki Qurumu (YSK) xaricdə yaşayan ölkə vətəndaşları üçün parlament və prezident seçkiləri zamanı gömrük-keçid məntəqələrində səsvermənin təşkili qaydalarını açıqlayıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermə prosesi 27 apreldə başlayacaq və 14 maya qədər davam edəcək.

Prezident seçkilərinin ikinci tura qalması halında isə gömrük-keçid məntəqələrində səsvermə 20 may saat 08.00-da başlayacaq, 28 may saat 17.00-da bitəcək.

Gömrük qapılarında yalnız Xaricdəki Seçici Reyestrində qeydiyyatdan keçmiş seçicilər səs verə biləcəklər.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində ölkə daxilində səsvermə mayın 14-də baş tutacaq. Həmin gün Türkiyənin xarici ölkələrindəki diplomatik nümayəndəliklərində də seçki məntəqələri açılacaq.

BAKU.WS