SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa Prezidenti Emmanuel Makronun reytinqi ölkədə kütləvi etirazlara səbəb olan pensiya islahatlarından xalqın narazılığına görə 28%-ə düşüb.

BAKU.WS TASS-a istinadən xəər verir ki, bunu bazar günü "Le Journal du dimanche" qəzetində dərc olunan IFOP sosioloji xidmətinin sorğusunun nəticələri sübut edir.

Məlumata görə, Makronun prezident kimi fəaliyyətindən razı qalan fransızların sayı son bir ayda 4 faiz bəndi azalıb.

Sosioloji xidmətin nümayəndəsi Frederik Dabi hesab edir ki, dövlət başçısının aşağı reytinqi “cəmiyyətdə qeyri-populyar pensiya islahatının qarşılığıdır”. Fransanın baş naziri Elizabet Bornun da populyarlıq reytinqi 29%-ə düşüb ki, bu da onun Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə gəlişindən bəri ən aşağı göstəricidir.

Sorğu martın 9-dan 16-dək aparılıb və burada 18 yaşdan yuxarı 2000-ə yaxın insan iştirak edib.

Xatırladaq ki, Fransada bir neçə müddətdir pensiya islahatına qarşı etiraz aksiyaları keçirilir.

BAKU.WS