Pakistan məhkəməsi İmran Xanın həbsinə dair orderi ləğv edib

Məhkəmə Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verdiyi orderi ləğv edib və onun işi üzrə dinləmələri martın 30-na keçirib.
BAKU.WS-in məlumatına görə, bu barədə "Report" Geo TV telekanalına istinadən xəbər verir.
Hakim tərəflərə müzakirələrin növbəti iclasda davam edəcəyini bildirib, həmçinin Xanın məhkəmədə iştirakını təmin etməyi tapşırıb.
Qərar polisin məhkəmə binası qarşısında sabiq baş nazirin tərəfdarları ilə toqquşmasından sonra qəbul olunub. Eyni zamanda, İmran Xan davam edən qarşıdurmalar səbəbindən avtomobilini tərk edə bilməsə də, onun məhkəməyə gəlməsi rəsmi olaraq qeydə alınıb.
İmran Xan hazırda Lahordakı iqamətgahına qayıdır.
Sabiq baş nazir hakimiyyətdə olduğu dövrlərdə xarici dövlət başçılarından aldığı bahalı hədiyyələri satmaqda ittiham olunur.
Oxşar xəbərlər
Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlanıb - VİDEO - YENİLƏNİB - 1
Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə onun partiyas...
