VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-li basketbolçu, MBA-nın keçmiş oyunçusu Maykl Cordanın idman ayaqqabıları hərracda satılacaq. 

BAKU.WS xəbər verir ki, idmançının 1998-ci ildə NBA-nın final maçında geyindiyi idman ayaqqabıları Nyu-Yorkda yerləşən Sotbis hərrac evində satışa çıxarılacaq. 

Ayaqqabının 4 milyon dollara (6 milyon 800 min AZN) satılacağı gözlənilir. Hərrac aprelin 3-11-i tarixlərində onlayn şəkildə təşkil ediləcək. 

Maykl Cordanın başqa bir ayaqqabısı isə 2021-ci ildə 1,47 milyon dolara satılıb. Həmin dövr üçün bu rekord məbləğ hesab olunurdu.

İdmançının bu ayaqqabısının da rekord qiymətə satılacağı idda edilir. 

BAKU.WS