181 nəfərin öldüyü dəhşətli qəzada sağ qalan 2 şəxslə bağlı İLGİNC DETAL

181 nəfərin öldüyü dəhşətli qəzada sağ qalan 2 şəxslə bağlı İLGİNC DETAL
Dünya 888

Cənubi Koreyada qəzaya uğrayan təyyarədə sağ qalan iki nəfərin vəziyyəti müsbət qiymətləndirilir.

BAKU.WS xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, sağ qalan hər iki şəxs ekipaj üzvüdür, onlar gəminin arxa hissəsində olublar. Onlardan biri kəllə-beyin travması alıb və bazu sümüyü sınıb, lakin huşu yerindədir. Həmin şəxs, yerə enməzdən əvvəl kəmərini bağlaya bildiyini, lakin başqa heç nə xatırlamadığını söyləyib.

Telekanalın məlumatına görə, o, xəstəxanaya aparılarkən şok vəziyyətində olub.

Onunla birlikdə 20 yaşlı stüardessa sağ qalıb. Telekanalın məlumatına görə, stüardessanın həyatı üçün təhlükə yoxdur.

Sağ qalanın sözlərinə görə, qəzadan əvvəl təyyarənin bir tərəfindəki mühərrikində tüstülənmə yaranıb, bundan sonra partlayış baş verib.

Xatırladaq ki, Cənubi Koreyanın Muan hava limanında Boeing 737-800 təyyarəsi qəzaya uğrayıb. Təyyarə Banqkokdan uçurmuş. Təyyarədə 175 sərnişin və altı ekipaj üzvü olub. İlkin məlumatlara görə, Cənubi Koreyada Jeju Air təyyarəsinin qəzaya uğraması nəticəsində 120 nəfər ölüb.

Oxşar xəbərlər

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq

Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq

Rusiya heç bir ərazini hədiyyə almayacaq, Ukrayna və onun müttəfiqləri ədalətli sülhə nail olmaq üçün bu ölkəyə təzyiqləri artıracaq. BAKU.WS AZƏRTAC-a istinadə...

56 Dünya 23:36 19 oktyabr 2025

Son xəbərlər