SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar məxfilik problemləri ilə gündəmə gələn Çin mərkəzli sosial media platforması “TikTok”un istifadəçi sayı günü-gündən artmağa davam edir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, “TikTok”un istifadəçilərinin şəxsi məlumatlarını Çin hökuməti ilə paylaşdığı iddia edilir.

Bu səbəbdən də Kanada hökuməti təhlükəsizlik risklərini əsas gətirərək Çində yerləşən dünyaca məşhur sosial media platforması "TikTok"un hökumət tərəfindən buraxılan mobil cihazlarda istifadəsini qadağan edib.

Bildirilib ki, TikTok məxfilik və təhlükəsizlik üçün “qəbuledilməz” risk səviyyəsi yaradır və hökumət tərəfindən verilən cihazlarda giriş bloklanır:

“Kanada hökuməti dövlət əhəmiyyətli məlumatları təhlükəsiz saxlamaq öhdəliyinə sadiqdir. Biz sistemlərimizi mütəmadi olaraq izləyirik və risklərə qarşı tədbirlər görürük. 28 fevral 2023-cü il tarixindən etibarən "TikTok" proqramı hökumət tərəfindən verilmiş mobil cihazlardan silinəcək”, - deyə yayımlanan rəsmi məlumatda qeyd olunur.

BAKU.WS