SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Müdafiə Nazirliyinin təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqramda yazıb.

Qubernator sözlərinə görə, hazırda hadisə yerində istintaq qrupu və ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyət göstərir.

Məlumata görə, qəzaya uğrayan "Su-25" qırıcısı olub.

Təyyarənin pilotu katapult edərək sağ qalıb.

BAKU.WS