SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Leninqrad vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Piper” təyyarəsi vilayətin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında yerə çırpılıb.

Bu gün günorta saatlarında Qostilitsa aerodromundan havaya qalxan təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mi-8 vertolyotu ilə xilasedicilər cəlb olunub.

İlkin məlumata görə, “Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper” təyyarəsi onun ardınca uçuş edib. Təyyarələr uçuş zolağı üzərində havada toqquşub. Yüngül mühərrikli “Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib. İnsident nəticəsində “Cessa”nın pilotu zərər çəkməyib.

BAKU.WS
QALEREYA