SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna ordusu Rusiyanın vurulmuş “Su-25” qırıcı təyyarəsinin pilotunun evakuasiyası üçün gələn Mi-8 helikopterini də vurub.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda məlumat verib.

Məlumata görə, helikopter Volnovaxa səmasında vurulub.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın “Su-25” qırıcı təyyarəsini vurmuşdular. Pilot katapult etməyə macal tapmışdı.

BAKU.WS