VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hərbçiləri daha bir Rusiya təyyarəsini vurublar.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilir ki, Zolotonoşski rayonunun (Çerkassı vilayəti) Voznesenskoe kəndi yaxınlığında Rusiya təyyarəsi vurulub.

Təyyarənin pilotu katapult edə bilib. Hazırda həmin pilotun axtarışlarına başlanılıb.

“Həmin pilot Zolotonoşsky rayonunda ola bilər və başqa bir şəhərə getmək üçün yoldan keçən nəqliyyat vasitələrindən istifadə edə bilər.

Hüquq-mühafizə orqanları hazırda həmin pilotun saxlanılması istiqamətində əməliyyat həyata keçirir”, - polisdən bildirilib.

Ukrayna polisi vətəndaşlara müraciət edib:

“Əgər kimdəsə həmin pilotla bağlı məlumatı olarsa, yaxud şübhəli şəxs görərlərsə, mütləq polisə məlumat verilsin”.

BAKU.WS