SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Belqorod şəhərində yerləşən neft bazasında yanğın baş verib.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında bildirib. 

Vyaçeslav Qladkov neft bazasında yanğının aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin endirdiyi zərbələr nəticəsində baş verdiyini iddia edib. Hadisə nəticəsində tələfatın olmadığı deyilir. 

Qeyd edək ki, bu yaxınlarda Belqorod şəhərində silah-sursat anbarı da partlamışdı.

BAKU.WS
VİDEO