SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Kaliforniya ştatında 2 həftə əvvəl başlayan meşə yanğınları səngimək bilmir.

BAKU.WS xəbər verir ki, yanğın çox sayda binaya və təsərrüfat obyektinə ziyan vurub. Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib.

Kaliforniya Qubernatoru Qevin Nyusom açıqlamasında bildirib ki, yanğın Napa və Montereydəki bir çox binanı yararsız hala salıb.

Onun sözlərinə görə, 6 minə yaxın ev təhlükə altındadır.

Kaliforniya ərazisində başlayan yanğınlar qonşu Nevada əyalətinin dağlıq bölgələrinə də yayılıb.

Qrass Valley və Nevada Siti bölgəsində təxminən 15 min insanın evlərindən təxliyyə edilməsi əmri verilib.

BAKU.WS
QALEREYA