SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ardıcıl zəlzələrdən sonra yenidən dağıntılar olduğu bildirilib.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Hatay bölgəsində 6,4 bal, Samandağ rayonunda isə 5,8 bal gücündə qeydə alınıb.

CNN Türk müxbiri bildirib ki, dağıntılar olub.

“Buralar toz-dumana büründü. Ehtimal ki, yıxılmayan binalar yıxılıb”.

21:17

Türkiyədə bu gün yenə güclü zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, Türkiyə vaxtı ilə 20:04-də Hatay bölgəsində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

BAKU.WS
VİDEO