Türkiyədə baş verən dəhşətli zəlzələ dəmir yollarını bu hala salıb - FOTO

Türkiyədə baş verən dəhşətli zəlzələ dəmir yollarını bu hala salıb - FOTO
Foto
Siyasət 127

Episentri Kahramanmaraş olan və Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələ ölkənin 1 275 km dəmir yolu xəttinə ziyan vurub.

BAKU.WS xəbər verir ki, təbii fəlakət zamanı 307 yük vaqonu və 9 lokomotiv xətlərin sıradan çıxması nəticəsində yolda qalıb.

Həmçinin stansiyalarda gözləyən, hərəkətdə olan 16 yük vaqonu və 4 vaqondan ibarət dizel qatarı da zərər görüb.

Hazırda 215 kilometrlik dəmir yolunda (İslahiye - Fevzipaşa, Fevzipaşa - Nurdağı, Köprüağzı - Kahramanmaraş, Pazarcık - Malatya) bərpa işləri görülür.

Qeyd edək ki, fevralın 6-da 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər Türkiyədə böyük dağıntılara səbəb olub. Bu dəqiqəyə kimi Türkiyədə təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib. Yaralıların sayı isə 105 mini keçib.

Son xəbərlər