SİZİN REKLAM BURADA!
055 213 76 73


Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, azı 3 min nəfər isə yaralanıb.

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

***09:14

Suriyada baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 802-yə yüksəlib.

BAKU.WS "ensonhaber"ə istinadən xəbər verir ki, yaralıların sayı 5 035-ə çatıb.

Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Həma, Lazkiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

BAKU.WS