Xoydakı soydaşlarımız İran hökumətindən şikayət edir - FOTO/VİDEO

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələ nəticəsində sadə vətəndaşlara böyük ziyan dəyib.
BAKU.WS xəbər verir ki, rəsmi xəbərlərdə Azərbaycan türklərinin sıx yaşadığı bölgədə zəlzələ nəticəsində 1500 evin dağıldığı açıqlanıb.
İran hökuməti SEPAH və "Bəsic" (könüllülər) ordu qrupları yerli sakinlərə yardımları çatdırmırlar.
Məlumata görə, sadə vətəndaşlar evsiz-eşiksiz qalması, gündəlik ərzaq və tələbatlardan məhrum olduğu üçün yerli hakimiyyəti tənqid edir və onların tez bir zamanda insanlara yardım göstərməsini tələb edir.
Qeyd edək ki, Güney Azərbaycanın Xoy bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların sonrakı günlərdə də davam etməsi, eləcə də qarlı-şaxtalı hava şəraiti əhalini acınacaqlı duruma salıb.
Hoy. Bir depremzedenin evi. Ev yıkılmak üzere. Doğalgaz, elektrik dahil tüm altyapı hizmetleri durdurulmuş. Yetkililer ilgilenmiyor ve yanıt da vermiyorlar. Devlet yardımı yok. Ne yapacaklarını bilmiyorlar. Yetkililerin ilgilsizliğine de şaşkınlar. Üzgün, öfkeli ve çaresizler.👇 pic.twitter.com/6SD4SfKfUt
— Arif Keskin (@KeskinArif) February 1, 2023
Bu arada Azərbaycan dövləti də Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və bunun üçün bütün resurslar var. Lakin İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.




Oxşar xəbərlər
İranda azadlıq hərəkatının 100-cü günü: fəallar geri çəkilmir, rejimin qəddarlığı artıb - FOTO
İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür. BAKU.WS report-a istinadən xəbər verir ki, etira...
