SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərhum müğənni Elvis Preslinin qızı Liza Marinin vəfatından sonra ailədə var-dövlət üstündə dava düşüb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Presli öldükdən sonra bütün mirasını Lizaya qoyub. Liza da vəfat edən var-dövlətini qızı Riley Keougha vəsiyyət edib. 

Elvisin həyat yoldaşı Prisilla qızı Marinin vəsiyyətnaməsinin əsassız olduğunu bildirib. 

Xarici KİV-də yer alan məlumata görə, Prisilla vəsiyyətnamədəki imzanın qızının imazasından tamamilə fərqli olduğunu, adının səhv yazıldığını və notariusda təsdiqlənmədiyini deyib. 

Xatırladaq ki, Elvis Preslinin yeganə qızı bu ilin yanvarın 13-də ürək tutmasından dünyasını dəyişib. Liza Marinin də atası kimi musiqiçi karyerası olub. O, özü bəstələdiyi mahnıları ifa edib, üç albom buraxıb, bir neçə sinql yazdı. O, Maykl Ceksonla evli idi.

Zöhrə Pənahi
BAKU.WS