Türkiyəli nazir: "Ankara İsveç və Finlandiyanın öhdəlikləri yerinə yetirməsini gözləyir"

"Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük öhdəliklərini yerinə yetirməsini gözləyir".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, bu ölkələr Türkiyənin tələblərinə əməl etməlidir:
"Onlar indi NATO-ya daxil olmaları ilə bağlı bizdən, parlamentimizdən razılıq gözləyirlər. Bu barədə heç nə deməyəcəyik. Biz onlara deyirik: "Nəyə imza atmısınızsa, onu da yerinə yetirin. Bu qədər sadə".
Qeyd edək ki, ötən ilin iyunda Madriddə imzalanan sazişə görə, Türkiyə İsveç və Finlandiyanın Alyansa üzvlüyünə razılıq verməsi üçün bu dövlətlər terrorçulara dəstəyi dayandırmalıdır, axtarışda olan terrorçuları Ankaraya təhvil verməlidirlər.
Oxşar xəbərlər
Türkiyə İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub
“İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var”. Bu...
