SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov Moskvanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı xüsusi "kalibrli" lider kimi gördüyünü deyib.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Diplomatın sözlərinə görə, Ərdoğan kənardan təzyiqlərə baxmayaraq, üçüncü ölkələrin göstərişləri ilə deyil, ilk növbədə öz xalqının xeyrinə siyasət yürütməyə hazır olduğunu öz hərəkətləri ilə göstərir.

Sıromolotov əlavə edib ki, Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında çoxşaxəli əməkdaşlığın dinamik inkişafı öz maraqlarına əsaslanan və tərəfdaşın milli prioritetlərini nəzərə alan qarşılıqlı hörmətlə qurulan dialoqa əsaslanır.

BAKU.WS