Güney azərbaycanlılar terror aktı ilə əlaqədar Təbrizdəki konsulluğumuzun önünə gül dəstəsi qoyublar - FOTO

Güney azərbaycanlılar Tehrandakı səfirliyimizə edilən hücumla əlaqədar başsağlığı vermək üçün respublikamızın Təbrizdəki Konsulluğunun önünə gül dəstəsi qoyublar.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumatda deyilir: "Güney azərbaycanlılar Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləmək və başsağlığı vermək üçün Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğuna gül dəstəsi qoyublar".
Xatırladaq , yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Oxşar xəbərlər
İranda azadlıq hərəkatının 100-cü günü: fəallar geri çəkilmir, rejimin qəddarlığı artıb - FOTO
İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür. BAKU.WS report-a istinadən xəbər verir ki, etira...
