VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərdə təşkil olunan futbol üzrə Dünya Çempionatını qazanan Argentina millisinin azarkeşlərinin qələbə sevinci davam edir. 

BAKU.WS xəbər verir ki, bu dəfə çılğın azarkeşlər Argentina küçələrinin birindəki prospektin adını "Leonel Messi prospekti" yazılmış örtüklə qapadıblar. 

Onların bu hərəkətlə ulduz futbolçuya olan sevgilərini nümayiş etdiriblər.

Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, dekabrın 18-də Qətərdə DÇ-2022-nin Argentina və Fransa milliləri arasında baş tutan final matçının əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Oyunun əlavə vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib və matç penaltilər seriyasına qədər uzanıb.

Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü, Messi isə ilk dəfə dünya çempionu adını qazanıb. 

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO