VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 89 440 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 915 tank, 5 877 zirehli maşın, 1 562 operativ-taktiki PUA, 1 904 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 210 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 16 gəmi, 261 helikopter, 531 qanadlı raket, 4 441 avtomobil və tanker, 163 xüsusi texnikadan ibarətdir.

BAKU.WS