SİZİN REKLAM BURADA!
055 213 76 73


2022-ci il futbol üzrə dünya çempionatında Uelsin oyununa baxmaq üçün Qətərə gedən azarkeş dünyasını dəyişib.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, oğlu və dostları ilə mundial üçün Dohaya səfər edən Kevin Devis dünyasını dəyişib. 

62 yaşlı uelsli azarkeşin təbii səbəblərdən öldüyü güman edilir.

Qeyd edilib ki, təxminən 2500 uelsli azarkeş dünya çempionatında komandalarını dəstəkləmək üçün Qətərə səfər edib.

BAKU.WS