SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin pop ulduzu Hadisənin əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrabla gizli münasibətinin necə üzə çıxdığı müəyyənləşib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə tanınmış türkiyəli aparıcı Bircan Bali “Söylemezsem olmaz” proqramında danışıb.

Onun sözlərinə görə, hər şey Rza Zərrabın Hadisəyə göndərdiyi hədiyyədən sonra üzə çıxıb:

“Ebru Gündeşin onsuz da şübhələri var idi. Seda Sayan koronavirusa yoluxduğu üçün “O Səs Türkiyə” yarışmasının Yeni il çəkilişlərinə qatıla bilməmişdi. Buna görə də onun yerinə Ebru Gündeş dəvət olunmuşdu. Çəkilişlər bitib hamı səhnə arxasına keçəndə, Hadisəyə bir çanta gəlir. Hadisə çantanı gizlətməyə çalışarkən Ebru Gündeş “Nə gözəl çantadır?” deyə onu açır və ərinin adının çekdə yazıldığını görür. Buna Murat Bozun meneceri də şahiddir. Bundan sonra Acun Ilıcalı Hadisəni oradan göndərmişdi”.

Xatırladaq ki, Ebru Gündeşlə 11 illik həyat yoldaşı Rza Zərrab ötən il boşanıb.

BAKU.WS