SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Amasiya şəhərində aktyorları daşıyan mikroavtobus yük maşınına çırpılıb. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında Ceyhun Fersoy, Melis İşiten və Sergen Devecinin də olduğu aktyorları daşıyan mikroavtobus qəzaya düşüb.

Amasya-Çorum avtomobil yolunun Merzifon ərazisində baş verən hadisədə Tolqa Güleryüz, Burak Topçu və Özgür Karataşın dünyasını dəyişib.

Məlumata görə, sürücü və mikroavtobusda yaralanan Özgür Ayaz, Burak Gülçebi, Melis İşiten, Sergen Deveci, Uğur Şalvarcıoğlu, Ceyhun Fersoy və Filiz Özbek tibbi yardımla Merzifon və Suluova xəstəxanalarına göndəriliblər və onlara tibbi yardım göstərilib. 

Bildirilir ki, qəzada həyatını itirən prodüser Tolqa Güleryüz eyni hadisədə yaralanan və xəstəxanaya yerləşdirilən Ceyhun Fersoyun həyat yoldaşı Begüm Önerlə videozəng vasitəsilə danışıb.

BAKU.WS
QALEREYA