SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yayımlanan “O Səs Türkiyə”nin keçmiş iştirakçılarından Talha Burak Karayılanın başına iş gəlib. 

BAKU.WS xəbər verir ki, gənc müğənni silahlı hücuma məruz qalıb. Hadisə İstanbulun Beyoğlu səmtində baş verib.

Motosiklet sürən naməlum şəxslər Talhaya atəş açaraq qaçıblar.

Yaralanan sənətçi sürünərək yaxınlıqdakı dükana daxil olub. Daha sonra ətrafdakıların köməyi ilə təcili yardım çağırılıb və Burak xəstəxanaya aparılıb. 

Baş verən cinayətlə bağlı istintaq başladılıb. Polis sənətçiyə hücum edən şəxsləri axtarır.

BAKU.WS
VİDEO

QALEREYA