SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma olub.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, atışma anı binalardan birindən həvəskar kamera ilə qeydə alınıb.

Atışma bir müddət öncə güllələnərək öldürülən Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Naxçıvanlı Baba, Xarkov Fuad ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında gedib.

Nəticədə Naxçıvanlı Baba hadisə yerində ölüb, Xarkov Fuad isə yaralanıb.

Kriminal aləmdə yayılan söhbətlərə görə, bu hücum mərhum Lotu Qulinin qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisası kimi edilib. Məlumata görə, bir müddət öncə Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər.

Qeyd edək ki, Naxçıvanlı Baba peşəkar cüdoçu olub və müxtəlif turnirlərdə yer tutub. Daha sonra isə kriminal aləmə qoşulub.

***11:14

Ötən gün axşam saatlarında İstanbulun Başakşehir rayonunda iki silahlı qrup arasında atışma baş verib.

BAKU.WS-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə anı ərazidə quraşdırılan müşahidə kameralarına tuş gəlib.

Silahlı insident nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. İnsidentin Rusiya, Azərbaycan və Suriya əsilli şəxslər arasında baş verdiyi bildirilir. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya yerləşdiriliblər. Ölən şəxslərin birinin Rusiya əsilli, digərinin isə azərbaycanlı olduğu məlum olub. 

Polisin araşdırmaları nəticəsində məlum olub ki, atışma zamanı xarici dövlət nömrə nişanlı avtomobildə olan şəxslər ərazidən qaçıblar. Hadisədə iştirak etməkdə şübhəli bilinən 4 nəfər polis tərəfindən saxlanılıb. 

BAKU.WS
VİDEO

VİDEO